“Azərbaycanla İsveç arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var”.
Bunu “Report”a müsahibəsində İsveçin Azərbaycandakı səfiri Tobias Lorentsson deyib.
Onun sözlərinə görə, artıq Azərbaycanda 10-a yaxın İsveç şirkəti var: “Əminəm ki, Azərbaycanın Orta Dəhlizin inkişafındakı artan rolu ilə getdikcə daha çox İsveç şirkəti Azərbaycanı maraqlı ticarət tərəfdaşı kimi qəbul edəcək”.
Səfir vurğulayıb ki, hazırda İsveç diplomatik missiyası müvafiq dövlət qurumlarından ibarət nümayəndə heyətlərinin Stokholma səfəri vasitəsilə də olmaqla, İsveçin “ağıllı” şəhərlər təcrübəsinin Azərbaycanda tətbiqi imkanlarını araşdırır: “Səhiyyə sahəsinə də maraq var. Bu, perspektivli sahədir və İsveçin tibbi xidmət tədarükçüləri Azərbaycanla əməkdaşlığı nəzərdən keçirirlər”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.