Səfir: “Azərbaycan və Ukrayna arasında əsas aparıcı qüvvə iqtisadi-ticari əlaqələrdir”

Səfir: “Azərbaycan və Ukrayna arasında əsas aparıcı qüvvə iqtisadi-ticari əlaqələrdir” Bu gün Azərbaycan və Ukrayna strateji tərəfdaşlığı inkişaf edir. Azərbaycan və Ukrayna arasında əsas aparıcı qüvvə iqtisadi-ticari əlaqələrdir
Biznes
24 İyun , 2021 18:06
Səfir: “Azərbaycan və Ukrayna arasında əsas aparıcı qüvvə iqtisadi-ticari əlaqələrdir”

"Bu gün Azərbaycan və Ukrayna strateji tərəfdaşlığı inkişaf edir. Azərbaycan və Ukrayna arasında əsas aparıcı qüvvə iqtisadi-ticari əlaqələrdir".

“Report”un məlumatına görə, bunu Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski jurnalistlərə açıqlamasında bildirib.

Səfir hesab edir ki, Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması biznesin inkişafı üçün çoxşahəli meydan olacaq ki, bu da dövlət və biznes assosiasiyaları vasitəsilə baş tutacaq: “Bu gün iki ölkə arasında strateji tərəfdaşlığın daha da yüksək tepm əldə etməsinə sübut olaraq deyə bilərəm ki, bu gün Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması bizim hökumətlərimiz, ölkə başçılarımız tərəfindən verilən və həyata keçirilən işlərin məntiqi davamıdır. 2019-cu ilin dekabrında Ukrayna Prezidenti Vıadimir Zelenskinin Azərbaycana rəsmi səfəri zamanı bütün bu məsələlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyev ilə razılaşmalar əldə edilib. Bu gün də forumlardan sonra biz artıq biznesin özünü daha da əmin his etməsi üçün praktiki platformalar yaradırıq”.

O qeyd edib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana səfəri zamanı böyük iqtisadi forum keçirilib: “Bu, bizim ölkələrimizin müstəqillik tarixində ən iri iqtisadi forum idi. O zaman keçirilən tədbir tanışlıq tədbiri idi. Bu gün keçirilən tədbir isə sektoral tədbirdir və müxtəlif sahələri əhatə edir. Bu təkcə danışmaq üçün deyil, həm də birgə iş görmək üçün mühümdür. Bugünkü tədbir bir daha göstərir ki, bizim ölkələrin strateji tərəfdaşlığı daha yüksək inkişaf templəri əldə etmək üçün sübutdur”.

Son xəbərlər

Orphus sistemi