Səfir: "Azərbaycan Hindistandan əczaçılıq məhsulları idxalını 20% artırıb"

Səfir: "Azərbaycan Hindistandan əczaçılıq məhsulları idxalını 20% artırıb" “Koronavirus (COVID-19) pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, ötən il Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracında 20% artım müşahidə etdik”.
Biznes
16 İyul , 2021 11:17
Səfir: Azərbaycan Hindistandan əczaçılıq məhsulları idxalını 20% artırıb
Bavitlunq Vanlalvavna

“Koronavirus (COVID-19) pandemiyasının yaratdığı məhdudiyyətlərə baxmayaraq, ötən il Hindistandan Azərbaycana əczaçılıq məhsullarının ixracında 20% artım müşahidə etdik”.

Bunu “Report”a açıqlamasında Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna deyib.

“Azərbaycan şirkətləri Hindistan məhsullarının ölkədə qeydiyyata alınması üçün şirkətlərimizlə əməkdaşlıq edir, həmçinin onları Azərbaycan bazarına investisiya qoymağa təşviq edir. Hindistanın virus əleyhinə peyvənd istehsalçısı ilə Azərbaycandakı tərəfdaşı arasında təmas qurulub və bu sahədə əməkdaşlıq üçün imkanlar var. Vaxtilə Hindistanın tanınmış şirkətlərindən biri Azərbaycanda ilk əczaçılıq zavodlarından birinin yaradılması üçün texnoloji resurslar təmin etmək məqsədi ilə Azərbaycanın aparıcı biznes mərkəzi ilə əməkdaşlıq edib”, - deyə səfir bildirib.

Son xəbərlər

Orphus sistemi