Azərbaycan torpaqlarının işğaldan azad olunması həmin ərazilərdən kəçən narkoticarət trafikinin qarşısını alıb.
“Report”un məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev dövlət gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peçə bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.
“Bu trafikin qarşısının alınması sayəsində ötən ilin ikinci yarısından sonra 2 tondan çox narkotik vasitə aşkarlanıb”, - S. Mehdiyev qeyd edib.
Bununla yanaşı komitə sədri gömrük organlarının elektron xidmətlərindən istifadəyə də toxunub. Onun sözlərinə görə, 2021-ci ildə "Smart Customs" və digər elektron xidmətlərdən istifadə 14 milyondan çox olub: "Bu xidmətlərin 7-8 milyonu fiziki şəxslərin payına düşür".
Qeyd edək ki, gömrük xidmətinin yaranmasının 30 illiyi və gömrük əməkdaşlarının peçə bayramı münasibəti ilə təşkil edilən tədbirdə qonaq qismində Ümumdünya Gömrük Təkilatının (ÜGT) baş katibi Kunio Mikuriya da iştirak edir.