“Səba” “Xalq Bank”dan aldığı kreditin müddətini uzatmaq istəyir

“Səba” “Xalq Bank”dan aldığı kreditin müddətini uzatmaq istəyir Avqustun 14-ü saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
Biznes
1 İyul , 2020 18:04
“Səba” “Xalq Bank”dan aldığı kreditin müddətini uzatmaq istəyir

Avqustun 14-ü saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətin Direktorlar Şurası qərar qəbul edib.

Qərara əsasən, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2019-cu ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi, “Xalq Bank”la 3 il müddətinə bağlanmış 15 Avqust 2017-ci il tarixli kredit müqaviləsinin müddətinin 24 ay - yəni 15 avqust 2022-ci il tarixə qədər uzadılması (kreditin ödəniş şərtlərinin dəyişdirlməsi ilə bağlı restruktrizasiya olunması) və digər məsələlər daxildir. 

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi