"Səba" səhmdarlarına hesabat verəcək

Biznes
  • 14 may, 2022
  • 06:41
Səba səhmdarlarına hesabat verəcək

İyunun 30-da, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, bununla bağlı səhmdar cəmiyyətin Direktorlar Şurası qərar qəbul edib.

Qərara əsasən, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2021-ci ildəki fəaliyyəti ilə bağlı maliyyə hesabatının təsdiq edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

44 - Tezliklə