"Səba" ötən ili zərərlə başa vurub

Biznes
  • 27 iyul, 2024
  • 06:13
Səba ötən ili zərərlə başa vurub

“Səba” ASC 2023-cü ili 2,346 milyon manat xalis zərərlə başa vurub. Halbuki, səhmdar cəmiyyəti 14,378 milyon manat xalis mənfəətlə çıxmışdı.

“Report” xəbər verir ki, ötən il “Səba”nın vergiyəqədərki zərəri 2,426 milyon manat (əvvəlki il olmayıb), mənfəət vergisi ödəmələri üzrə qənaəti isə 80 min manat (əvvəlki il vergi ödəyib) təşkil edib.

Bu il yanvarın 1-nə “Səba”nın aktivləri 69,605 milyon manat olub ki, bu da illik müqayisədə 3,7 % azdır. Hesabat dövründə şirkətin öhdəlikləri 0,2 % artaraq 40,543 milyon manata çatıb, balans kapitalı isə 8,6 % azalaraq 29,062 milyon manata düşüb.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,791 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.

44 filmi