“Səba” maliyyə vəziyyətini açıqlayıb

Biznes
  • 27 may, 2024
  • 05:06
“Səba” maliyyə vəziyyətini açıqlayıb

“Səba” ASC 2022-ci ili 14,378 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 72,4 % çoxdur.

Ötən il “Səba”nın vergiyəqədərki mənfəəti 14,433 milyon manat (əvvəlki ilə nisbətən 2,1 dəfə çox), mənfəət vergisi ödəmələri isə 55 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “Səba”nın aktivləri 72,261 milyon manat olub ki, bu da illik müqayisədə 2,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 23,4 % azalaraq 40,454 milyon manata düşüb, balans kapitalı isə 80 % artaraq 31,807 milyon manata çatıb.

Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3%-i Hidayət Quliyevə, yenə də 37,3%-i "Baku Investment Company" MMC-yə, 25%-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4%-i isə digər 11 fiziki şəxsə məxsusdur.