“Səba”nın səhmdarlarının yığıncağı keçiriləcək
- 28 yanvar, 2025
- 05:15
Fevralın 28-də, saat 15:00-da “Səba” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq şirkətin Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Səba"nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri, yeni redakisyada nizamnaməsi, onun törəmə cəmiyyətlərinin təsisçiliyi ilə yaradılmış hüquqi şəxslərin nizamnamə kapitalındakı payların satılması ilə bağlı məsələlər daxildir.
Xatırladaq ki, "Səba" 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 4,8 milyon manatdır. Cəmiyyətin səhmlərinin 37,3 %-i Hidayət Quliyevə, yenə də 37,3 %-i "Baku Investment Company" MMC-yə, 25 %-i İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə, 0,4 %-i isə digər 11 fiziki şəxsə məxsusdur.