​Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb

​Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb Masazır qəsəbəsində fəaliyyət göstərən mağazada əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub
Biznes
3 Sentyabr , 2015 16:44
​Saxta məktəbli geyimlərinin satışının qarşısı alınıb

Bakı. 3 sentyabr. REPORT.AZ/ Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi, mənzil 70 ünvanında fəaliyyət göstərən fiziki şəxs Vüqar Rzayevə məxsus mağazada digər sahibkarlıq subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edilməklə haqsız rəqabətə yol verildiyi müəyyən olunub.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, qanun pozuntusu İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən aparılan yoxlama zamanı aşkar olunub.

Belə ki, mağazada “Bakı Tikiş Evi” ASC-yə məxsus “BTE” və “BTE Apparel” əmtəə nişanlarından qanunsuz istifadə edilməklə istehsal olunmuş saxta məktəbli geyimlərinin satışının həyata keçirildiyi aşkarlanıb və həmin mallar ticarət dövriyyəsindən çıxarılıb.

Yol verilmiş qanun pozuntusu ilə əlaqədar fiziki şəxs V.Rzayev barəsində qanunamüvafiq tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi