"Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub

"Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Biznes
6 Noyabr , 2019 15:20
Samur gömrük postunda yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub

Son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Bu barədə “Report”a Dövlət Gömrük Komitəsinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən məlumat verilib.

Bildirilir ki, yaranmış sıxlığın aradan qaldırılması məqsədilə Dövlət Gömrük Komitəsinin rəhbərliyi Rusiya Federasiyası Federal Gömrük Xidmətinin rəhbərliyi ilə danışıqlar aparıb. Danışıqların nəticəsi olaraq Federal Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlər çərçivəsində yük nəqliyyat vasitələrinin sərhədkeçmə prosesinin müntəzəmliyi bərpa olunub. İlk növbədə, kənd təsərrüfatı və tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi təmin edilir.

Xatırladaq ki, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsi idi.

Son xəbərlər

Orphus sistemi