"Samsung" rüblük əməliyyat gəlirinin 56% azalacağını gözləyir

"Samsung" rüblük əməliyyat gəlirinin 56% azalacağını gözləyir Samsung Electronicsin əməliyyat gəliri 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 56% azalaraq 6,4 milyard dollar təşkil edəcək.
Biznes
8 Oktyabr , 2019 16:28
Samsung rüblük əməliyyat gəlirinin 56% azalacağını gözləyir

"Samsung Electronics"in əməliyyat gəliri 2018-ci ilin üçüncü rübü ilə müqayisədə 56% azalaraq 6,4 milyard dollar təşkil edəcək.

"Report" xəbər verir ki, bunu şirkətin III rübünün ilkin maliyyə nəticələri göstərir.

Şirkətin hesablamalarına görə, gəlirlər də azalacaq, lakin elə də çox yox - 5,3% və 51,8 milyard dollar təşkil edəcək.

Keçən il "Samsung Electronics" III rübdə rekord mənfəət - 15,5 milyard dollar əldə etmişdi. Ancaq bundan sonra Koreya şirkətinin əməliyyat qazancı ABŞ və Çin arasındakı ticarət müharibəsi, eləcə də "Huawei" ətrafındakı münaqişə səbəbi ilə çip satışının aşağı düşməsinə görə yalnız azalıb.

Son xəbərlər

Orphus sistemi