Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq"

Samirə Musayeva: "Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq" “İctimai iaşə obyektlərində, açıq havada şənliklərin keçirilməsin nəzərdə tutmuruq”.
Biznes
15 Avqust , 2020 12:06
Samirə Musayeva: Toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq

“İctimai iaşə obyektlərində, açıq havada şənliklərin keçirilməsini nəzərdə tutmuruq”.

 “Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, toylar kütləvi şənliklər kateqoriyasındadır və masa arxasında yalnız qida qəbul edərkən maskaların çıxarılmasına icazə verilir: "Digər hallarda isə maskasız bir yerə toplaşmamaq, 1,5-2 metrlik ara məsafəsi saxlanılması kimi digər ümumi qəbul olunmuş qadağaların tərkibində olduğuna görə toyların keçirilməsinə icazə verməyi nəzərdə tutmuruq”.

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə deyib ki, şadlıq sarayların fəaliyyətini davam etdirməsi, toyların keçirilməsi yaxşı olardı: "Bu sahə kifayət qədər əməktutumlu sahədir. Ancaq epidemioloji vəziyyət nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, ölkəmizdə toylar xeyli sayda insanların iştirakı ilə keçirilir: “Dövlət vətəndaşların sağlamlığından çıxış edir. Azərbaycan dövlətinin koronavirusla mübarizə sahəsində yürütdüyü siyasətin əsas amili insanlarımızın sağlamlığıdır. Hər birimiz bu meyardan çıxış etməliyik. Toyların nə vaxt keçiriləcəyi ilə bağlı hər hansı bir qərar yoxdur”.

Son xəbərlər

Orphus sistemi