Salyan avtovağzalının səhmdarlarının yığıncağı keçiriləcək

Salyan avtovağzalının səhmdarlarının yığıncağı keçiriləcək Yığıncaqda avtovağzalın 2016-cı ildəki fəaliyyətinin yekunları müzakirə ediləcək
Biznes
11 May , 2017 09:30
Salyan avtovağzalının səhmdarlarının yığıncağı keçiriləcək

Bakı. 11 may. REPORT.AZ/ İyunun 28-də, saat 11:00-da “Salyan-Avtovağzal” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bu barədə “Report” Vergilər Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yığıncaq avtovağzalın yerləşdiyi Salyan şəhəri, Y.Qasımov küçəsi, 3 ünvanında olacaq. Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı ildəki fəaliyyətinin yekunlarının müzakirə edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Salyan-Avtovağzal” ASC 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 63378 manatdır. 

Son xəbərlər

Orphus sistemi