Rusiya şirkətləri Azərbaycanın azad edilmiş ərazilərində fəaliyyət üçün 17 layihə təqdim ediblər.
"Report" xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının iclasında deyib.
Onun sözlərinə görə, Rusiyanın "KamAz" şirkətinin Cəbrayılın "Araz Vadisi İqtisadi Zonasında" tikintisi iyunda başa çatması planlaşdırılır.
Ş. Mustafayev əlavə edib ki, Azərbaycan şirkətləri də öz növbəsində Rusiyada bir sıra sahələrdə layihələr icra ediblər: "Azərbaycan şirkətləri Rusiyada sanatoriya və zavod tikiblər. Hazırkı mərhələdə isə yeni təşəbbüslərin icrası ilə bağlı danışıqlar davam edir".
Qeyd edək ki, Cəbrayıl rayonunda "KamAz" şirkətinin servis mərkəzinin təməli 2021-ci ildə qoyulub.