Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib

Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib ​​​​​​​Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının inzibati binasında Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonları və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib
Biznes
22 Oktyabr , 2024 12:37
Şahin Bağırov Daşkəsəndə vətəndaşları qəbul edib

Bu gün Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının inzibati binasında Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonları və Gəncə şəhərindən olan vətəndaşları qəbul edib.

“Report” komitəyə istinadən xəbər verir ki, komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonları və Gəncə şəhərinin sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi