Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov oktyabrın 18-də saat 10:00-da Daşkəsən rayonunda Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarından və Gəncə şəhərindən olan vətəndaşları qəbul edəcək.
“Report” Komitəyə istinadən xəbər verir ki, vətəndaş qəbulu Yeni Azərbaycan Partiyasının Daşkəsən rayon təşkilatının inzibati binasında (ünvan: Daşkəsən şəhəri, Heydər Əliyev meydanı 2) baş tutacaq.
Qəbul zamanı Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonlarının və Gəncə şəhərinin sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar bu link vasitəsilə (
Əlavə məlumat almaq üçün “195” Çağrı Mərkəzi ilə əlaqə saxlamaq tövsiyə olunur.