​Sahibkarlıq fəaliyyətinə daha bir qanunsuz müdaxilənin qarşısı alınıb

​Sahibkarlıq fəaliyyətinə daha bir qanunsuz müdaxilənin qarşısı alınıb Materiallar hüquqi qiymət verilməsi üçün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib
Biznes
1 Oktyabr , 2015 18:12
​Sahibkarlıq fəaliyyətinə daha bir qanunsuz müdaxilənin qarşısı alınıb

Bakı. 1 oktyabr. REPORT.AZ/ Azərbaycanda sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə və dövlət qurumlarına şikayət olunacağı ilə hədələnmə barədə İqtisadiyyat və Sənaye Nazirliyinə daha bir müraciət daxil olub.

"Report"un İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi xəbərə görə, araşdırmalar zamanı “VS Hüquqların Müdafiəsi Mərkəzi” MMC-nin əməkdaşlarının özlərini İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan qurumun nümayəndələri kimi təqdim edərək sahibkarlıq subyektlərinin fəaliyyətinə yoxlama adı ilə qanunsuz müdaxilə etdiyi, “yoxlama"nın nəticələri ilə bağlı tədbir görülməməsi müqabilində obyekt sahiblərinə müəyyən məbləğ ödəməklə müqavilə bağlanmasını tələb etdikləri, tələbin yerinə yetirilmədiyi təqdirdə müvafiq dövlət qurumlarına şikayətlə hədələdikləri müəyyən olunub.

Bu məsələ ilə əlaqədar toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

İqtisadiyyat və Sənaye Nazirliyi bir daha sahibkarlara yoxlamaların qanunvericiliyin tələblərinə uyğun təyin edilməsinə xüsusi diqqət yetirmələrini, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydiyyata alınmamış yoxlamanın və yoxlama suallarında göstərilməmiş mövzular üzrə, eləcə də özlərini yoxlayıcı dövlət orqanlarının əməkdaşları və ya yoxlayıcı dövlət orqanları ilə əməkdaşlıq edən qurumun nümayəndələri kimi təqdim edən şəxslər tərəfindən istənilən yoxlamaların aparılmasına imkan verməməyi tövsiyyə edir.

Bu cür hallarla rastlaşdıqda sahibkarlardan (012) 4300306, (012) 5989501, (055) 2273107 nömrəli telefonlarla İqtisadiyyat və Sənaye Nazirliyinə və ya hüquq-mühafizə orqanlarına məlumat vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi