Sahibkarlığın İnkişafı Fondu ötən il 127 milyon manat güzəştli kredit verib
Biznes
- 14 yanvar, 2021
- 13:00
İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu 2020-ci ildə sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi üzrə fəaliyyətini davam etdirib.
Bu barədə “Report”a Nazirlikdən bildirilib.
Məlumata görə, ötən il Fond ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 127 milyon manat güzəştli kredit verib. Bu kreditlər 2 700-dən çox yeni iş yerinin açılmasına imkan verir.
2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib, 79%-i regionların, 21%-i isə Bakının payına düşüb.
Sahibkarların güzəştli kreditləşdirilməsi bu il də davam etdiriləcək.
Son xəbərlər
21:11
Bakıda dönərxanada yanğın baş verib
Hadisə21:09
Kanada 1 milyard dollara "Sülh Şurası"na qoşulmağı nəzərdən keçirir
Digər ölkələr20:37
Foto
Sabirabadda uçan körpü yenidən tikiləcək
İnfrastruktur20:31
NTD-nin baş məşqçisi: "Sona qədər mübarizə apardıq"
Komanda20:31
Suriyada atəşkəs əldə olunub, hökumət neft yataqlarına nəzarət edəcək
Digər ölkələr20:25
İrlandiyanın Baş nazirindən ABŞ-yə xəbərdarlıq: Şübhəsiz ki, Aİ cavab verəcək
Digər ölkələr20:13
"Abşeron Lions"un baş məşqçisi: "Mövsümün ən pis oyununu keçirdik"
Komanda20:13
Hindistan Ermənistana "Pinaka" idarə olunan raketlər göndərib
Region20:05