Sahibkarlığın İnkişafı Fondu Lənkəran-Astara sahibkarları ilə görüş keçirib

Sahibkarlığın İnkişafı Fondu Lənkəran-Astara sahibkarları ilə görüş keçirib İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu təklif etdiyi məhsul və xidmətlərlə bağlı maarifləndirmə işi çərçivəsində sahibkarlarla görüşləri davam etdirir.
Biznes
28 İyul , 2021 17:58
Sahibkarlığın İnkişafı Fondu Lənkəran-Astara sahibkarları ilə görüş keçirib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu təklif etdiyi məhsul və xidmətlərlə bağlı maarifləndirmə işi çərçivəsində sahibkarlarla görüşləri davam etdirir.

"Report" xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, bu gün Fond “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda onlayn görüş keçilib. Görüşdə Lənkəran-Astara iqtisadi rayonunda fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

Fondun Müvəkkil kredit təşkilatları və sahibkarlarla iş şöbəsinin müdiri Mahir Babayev, həmçinin Lənkəran-Astara regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

Görüş sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi məqsədilə təşkil edilib.

Belə tədbirlərin təşkilinin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi