Sahibkarlara “İxracını tamamla” seminarı keçirilib

Sahibkarlara “İxracını tamamla” seminarı keçirilib “Microsoft Teams” tətbiqi vasitəsi ilə onlayn seminarda sahibkarlar arasından təsadüfi yolla (“www.random.org” portalı vasitəsi ilə) 10 sahibkar seçilərək imtiyazları təsdiqləyən kupon əldə etdi
Biznes
20 İyul , 2020 11:28
Sahibkarlara “İxracını tamamla” seminarı keçirilib

Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Azexport.az portalı və "PAŞA Bank"ın birgə təşkilatçılığı ilə elektron ticarət, bank təminatı, beynəlxalq ticarətin maliyyələşdirilməsi, faktorinq, akkreditiv, kredit, POS-terminal, biznes kartları və digər maliyyə alətlərindən istifadə  mövzusunda “İxracını tamamla” adlı onlayn seminar keçirilib.

Bu barədə "Report" İİTKM-ya istinadən xəbər verir.

 Seminarda Azexport.az portalının rəhbəri Ayxan Qədəşov,  "PAŞA Bank"ın Kiçik və orta sahibkarlıq departamenti kreditlərin strukturlaşdırılması şöbəsinin rəhbəri Aqil Kərimov, Kiçik və orta sahibkarlıq departamentinin qeyri-faiz məhsulları üzrə qrup rəhbəri Nərmin İbadullayeva, Kiçik və orta sahibkarlıq departamentinin faktorinq məhsulu üzrə qrup rəhbəri Azad Bağırzadə və bankın Rəqəmsal məhsullar üzrə ekspertləri - Afaq Ağayeva, Pərvin Səlimov, Davud Səmədov, Lalə Əzizli, Xanım Rüstəmova iştirakçıların suallarını cavablandırıb.

 “Microsoft Teams” tətbiqi vasitəsi ilə 50-dək sahibkarın iştirak etdiyi onlayn seminarda sahibkarlar arasından təsadüfi yolla (“www.random.org” portalı vasitəsi ilə) 10 sahibkar seçilərək aşağıdakı imtiyazları təsdiqləyən kupon əldə etdi:

1. "PAŞA Bank" tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:

a. İxracatçı şirkətə hesabın açılması, kart məhsulları və elektron ticarət xidməti üzrə güzəştli şərtlərin təqdim olunması;

b. İxracatçı şirkətin maliyyə sahəsi üzrə işləyən əməkdaşlarına bank xidmətləri üzrə təlimin keçirilməsi;

c.İxracatçı şirkətə bankın Əmək haqqı/Sığorta/Faktorinq/Akkreditiv/Kredit məhsullarının güzəştli şərtlərlə təqdim olunması.

2. Azexport.az portalı tərəfindən 6 ay ərzində 1 dəfəlik istifadə üçün qüvvədə olan imtiyazlar:

a. İxracatçı şirkətin 2 məhsuluna Sərbəst Satış Sertifikatının ödənişsiz təqdim olunması;
b. Şirkətin məhsul və xidmətləri barədə məlumat əks etdirən reklam lövhəsinin Azexport.az portalının əsas səhifəsində 1 ay müddətinə ödənişsiz yerləşdirilməsi;
c.İstehsal olunan məhsula dair elektron ticarət platformaları üzərindən bazar araşdırması aparılaraq potensial müştərilərin tapılması;

d. İxracatçı şirkətin satış və marketinq şöbəsi əməkdaşlarına elektron ticarət biliklərinin artırılmasına dair təlimin keçirilməsi.

Qeyd edək ki, COVID -19 pandemiyası dövründə Azexport.az portalı müntəzəm olaraq sahibkarların pandemiyanın təsirlərindən daha az zərərlə çıxmasına dəstək olmaq məqsədi ilə istehsalat, idarəetmə və satışlarda müasir həll yollarından istifadəyə dair onlayn təlimlər keçirir.

Son xəbərlər

Orphus sistemi