Qoşqar Təhməzli sahibkarları islahatlardan düzgün yararlanmağa çağırıb

Qoşqar Təhməzli sahibkarları islahatlardan düzgün yararlanmağa çağırıb Bakı. 24 dekabr. REPORT.AZ/ Yaşıl dəhliz sistemi qida məhsullarının idxal və ixrac prosesində sahibkarlara dəstək olacaq və şəffaflıq prinsipinin gözlənilməsinə ciddi zəmin yaradacaq”.
Biznes
24 Dekabr , 2018 13:23
Qoşqar Təhməzli sahibkarları islahatlardan düzgün yararlanmağa çağırıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli / Report / Firi Salim

Bakı. 24 dekabr. REPORT.AZ/ "Yaşıl dəhliz" sistemi qida məhsullarının idxal və ixrac prosesində sahibkarlara dəstək olacaq və şəffaflıq prinsipinin gözlənilməsinə ciddi zəmin yaradacaq”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsiliyi Agentliyinin sədri Qoşqar Təhməzli bu gün Bakıda keçirilən “Xarici ticarət iştirakçılarının forumu: “Yaşıl Dəhliz” buraxılış sistemi” mövzusunda keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, Qida Təhlükəsizliyi Agentliyi idxal -ixrac əməliyyatlarında qida təhlükəsizliyinə nəzarətdə də iştirak edir: "Bu işdə bizə Dövlət Gömrük Komitəsi yaxından kömək edir. Prezident İlham Əliyev də çıxışlarında hər zaman vurğulayıb ki, qida məhsullarına münasibətdə insanların saglamlığı məsələsi hər zaman üstünlük təşkil etməlidir”.

Q. Təhməzli qida sektorunda çalışan sahibkarlıq strukturlarına üz tutaraq bildirib ki, bu sahədə keçirilən islahatlardan düzgün yararlanmaq lazımdir: “ Sizin üçün sağlam qida məsələsi ən əsas məsələ olmalıdır".

Son xəbərlər

Orphus sistemi