“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib

Biznes
  • 17 mart, 2021
  • 08:31
“Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) təşkilatçılığı ilə “Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmləri” mövzusunda vebinar keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, vebinarda 40-dan artıq sahibkar və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq arzusunda olan şəxs, startap təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.

Tədbirdə SİF-in İdarə Heyəti sədrinin müavini Samir Hümbətov ölkənin davamlı iqtisadi inkişafı və iqtisadi dayanıqlığın təmin olunmasında özəl sektorun rolunu vurğulayıb, sahibkarlıq subyektlərinə dövlət dəstəyi mexanizmlərini qeyd edib, güzəştli maliyyə resurslarına çıxışının genişləndirilməsi istiqamətində Fondun həyata keçirdiyi tədbirlərdən bəhs edib.

Vebinarda SİF-in yeni strategiyası, həmçinin təqdim etdiyi məhsul və xidmətlər barədə məlumat verilib. Bildirilib ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə Fond kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmləri tətbiq edir. Bu fəaliyyətin şəffaf şəkildə və real vaxt rejimində həyata keçirilməsi üçün Elektron Kredit Platforması istifadəyə verilib.

Sonra vebinar iştirakçılarının sualları cavablandırıb, təkliflərini dinlənilib.

Sahibkarlar arasında ictimai məlumatlılığın artırılması məqsədilə bu cür tədbirlərin təşkili davam etdiriləcək.