Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə biznes qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektlər üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı s
Biznes
25 Sentyabr , 2021 10:45
Sahibkarlar elektron dövlət qeydiyyatından istifadə haqda məlumatlandırılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə biznes qurmaq istəyən şəxslər, startaplar, mikro və kiçik sahibkarlıq subyektlər üçün “Kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılmış islahatların üstünlükləri” mövzusunda onlayn seminar keçirib.

Bu barədə "Report"a Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə qurumun Dövlət qeydiyyatı baş idarəsinin şöbə rəisi Leyla Hüseyn-zadə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron dövlət qeydiyyatı sahəsində həyata keçirilən islahatlar, elektron qeydiyyatın yeni imkanları barədə ətraflı məlumat verib, elektron qeydiyyat sistemindən istifadə qaydalarını əyani şəkildə nümayiş etdirib. O, bildirib ki, hüquqi şəxslərin elektron dövlət qeydiyyatı sahəsində aparılan islahatların məqsədi biznesə başlanması prosedurlarının sadələşdirilməsi, vaxta qənaət, şəffaflığın təmin olunması, məmur-sahibkar ünsiyyətinin minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasıdır. Elektron qeydiyyat zamanı qeydiyyat sənədləri vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir və sənədlərin kağız daşıyıcıda təqdim olunmasına ehtiyac olmur. Həmçinin elektron kabinetə göndərilmiş qeydiyyat sənədləri bütün dövlət qurumları, banklar, notariuslar və digər təşkilatların müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.

Onlayn seminarda yerli investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatına dair videoçarx nümayiş olunub, biznesin qeydiyyatına və elektron qeydiyyat prosedurlarına dair iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mikro və kiçik sahibkarlıq subyektləri, startaplar və öz biznesini qurmaq istəyən şəxslər üçün KOBİA və Dövlət Vergi Xidməti mütəmadi maarifləndirici tədbirlər, o cümlədən təlim və seminarlar təşkil edir.

Son xəbərlər

Orphus sistemi