Sabah “Influencer Day Baku” tədbiri keçiriləcək

Sabah “Influencer Day Baku” tədbiri keçiriləcək Tədbirin təşkilatçısı “Keepface DMCC”, baş sponsoru “Dreamland Baku Golf Villas & Residences”dir
Biznes
893
29 Sentyabr , 2017 13:50
Sabah “Influencer Day Baku” tədbiri keçiriləcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Orta Asiya və Qafqaz regionunu əhatə edən ilk və yeganə “influencer” platforması - “Keepface” sabah Bakıda ilk tədbirini keçirəcək. 

"Report" xəbər verir ki, tədbir “Dreamland” yaşayış və əyləncə kompleksində baş tutacaq.

Azərbaycanda fəaliyyət göstərən bir çox yerli və xarici şirkətlərin rəhbər şəxsləri, informasiya agentliklərinin nümayəndələri, mətbuatda və sosial mediada nüfuz qazanmış, maraqlı kontent yaratmaqla izləyiciləri tərəfindən sevilən “influencer”lər bir araya toplaşacaq.

Tədbirin təşkilatçısı “Keepface DMCC”, baş sponsoru “Dreamland Baku Golf Villas & Residences”dir. Tədbirin digər sponsorları “Bakcell”, “Chelebi”, “Hooki Cafe”, “AzGranata”, “Vitam” və “Trade Mark Leo Burnett” şirkətləridir.

Son xəbərlər

Orphus sistemi