“S&P Global” “IHS Markit”i alır

“S&P Global” “IHS Markit”i alır ABŞ-ın “S&P Global Inc.” şirkəti təqribən 44 milyard dollara “IHS Markit”i almağa yaxındır.
Biznes
30 Noyabr , 2020 12:14
“S&P Global” “IHS Markit”i alır

ABŞ-ın “S&P Global Inc.” şirkəti təqribən 44 milyard dollara “IHS Markit”i almağa yaxındır.

“Report” xəbər verir ki, bu barədə “Wall Street Journal” məsələ ilə tanış olan mənbələrə istinadən məlumat verib.

Qəzetin həmsöhbətlərinin verdiyi məlumata görə, səhmlər şəklində tamamilə ödənilməsi planlaşdırılan və bu qiymətə bu il üçün ən böyük olacaq anlaşma artıq bazar ertəsi açıqlana bilər. Bu saziş Uoll stritdəki iki ən böyük məlumat təminatçısını birləşdirəcək.

“IHS Markit”in bazar dəyəri təxminən 37 milyard ABŞ dolları, “S&P Global”ınkı isə təqribən 82 milyard ABŞ dollar təşkil edir.

“S&P Global Inc.” - 1917-ci ildə yaradılmış ABŞ şirkətidir. Nəşriyyat fəaliyyəti, maliyyə və ticarət xidmətləri ilə məşğul olur. “Standard&Poor's” reytinq agentliyi ona məxsusdur.

“IHS Markit” – 2016-cı ildə “IHS Inc” və “Markit Ltd.”-nin birləşməsi ilə yaranan, mərkəzi Londonda yerləşən ABŞ-Böyük Britaniya məlumat təminatçısıdır. Böyük bankların korporativ səhm və istiqrazların yerləşdirilməsinə zəmanət vermək üçün istifadə etdiyi proqrama sahibdir.

Son xəbərlər

Orphus sistemi