​Rusiyanın avtomobil bazarında xaricdə istehsal olunan avtomobillərin satışı dayandırılıb

​Rusiyanın avtomobil bazarında xaricdə istehsal olunan avtomobillərin satışı dayandırılıb Bazarda avtomobil çatışmazlığı ucbatından ajiotaj müşahidə edilir
Biznes
17 Dekabr , 2014 11:00
​Rusiyanın avtomobil bazarında xaricdə istehsal olunan avtomobillərin satışı dayandırılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiyada rublun çökməsi xaricdə istehsal olunan avtomobillərin satışının dayanmasına səbəb olub.

"Report" xəbər verir ki, bu haqda "Vedomosti" yazıb.

Distributorlar dillerlərə avtomobil tədarükünü dayandırdığından, onlar da öz növbəsində əhaliyə satışı dayandırıb.

Məlumatda bildirilib ki, bu günlərdə "BMW" Rusiyadakı dillerdən müqavilə əsasında aldıqları avtomobillərin pullarının 2 gün ərzində verilməsini istəyib.

"Jaguar Land Rover"in nümayəndəliyi bildirib ki, dekabrın 19-dan yeni qiymətlər müəyyənləşənədək Rusiyaya avtomobil tədarükünü dayandıracaq.

Bu ilin noyabrında isə "Land Rover" Rusiyadakı avtomobillərinin qiymətini 15 faizədək artırıb.

Bir müddət öncə "Major Auto" avtomobil satışını dayandırıb.

Məlumata görə, Rusiya bazarında avtomobil çatışmazlığı ucbatından ajiotaj müşahidə edilir.

Son xəbərlər

Orphus sistemi