Rusiyadan Azərbaycana qanunsuz yolla pul gətirən qadın saxlanılıb

Rusiyadan Azərbaycana qanunsuz yolla pul gətirən qadın saxlanılıb Rusiyanın Tümen şəhərinin “Roşino” hava limanının gömrükçüləri bəyan edilməmiş pulu ölkədən çıxarmağa cəhd edən qadını saxlayıb.
Biznes
19 İyul , 2022 15:22
Rusiyadan Azərbaycana qanunsuz yolla pul gətirən qadın saxlanılıb

Rusiyanın Tümen şəhərinin “Roşino” hava limanının gömrükçüləri bəyan edilməmiş pulu ölkədən çıxarmağa cəhd edən qadını saxlayıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, qadın Tümen-Bakı reysi üzrə qeydiyyatdan keçib və “yaşıl dəhliz"də saxlanılıb.

Onun Azərbaycana 1,26 milyon rubl məbləğində nağd pul aparmaq istədiyi məlum olub.

Gömrük nəzarəti başa çatdıqdan sonra qadına 10 min ABŞ dolları ekvivalentində 585 min rubl qaytarılıb, qalan məbləğ isə müsadirə edilib.

Son xəbərlər

Orphus sistemi