Rusiya Türkiyədən pomidor idxalı üçün kvotanı bir qədər də artırıb

Biznes
  • 25 dekabr, 2020
  • 11:27
Rusiya Türkiyədən pomidor idxalı üçün kvotanı bir qədər də artırıb

Rusiya Türkiyədən pomidorun idxalının həcminə tətbiq etdiyi illik kvotanı daha 50 min ton və ya 25 % artıraraq 200 min tondan 250 min tona çatdırıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Xatırladaq ki, Rusiya 2015-ci ildə iki ölkə arasında yaranmış siyasi böhrandan sonra Türkiyə pomidoruna qarşı embarqo tətbiq etmişdi. 2017-ci ildə embarqo götürülsə də, 100 min tonluq kvota tətbiq edilmiş, sonradan bu rəqəm 200 min tona çatdırılmışdı.