Rusiyanın “İnter RAO” holdinqi Gürcüstan hökumətindən 80,5 milyon ABŞ dolları təzminat tələb edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı İsçevin Stokholm Arbitraj Məhkəməsi qəbul edib.
İddiaçı Gürcüstanın milli valyutası larinin devalvasiyasına görə dəymiş zərərə görə bundan öncə 200 milyon ABŞ dolları kompensasiya tələb edib. Lakin Gürcüstan hökumətinin təqdim etdiyi arqumentlərin əsasında məhkəmə şirkətin tələbini təmin etməyib.
Gürcüstanın Ədliyyə Nazirliyindən bildirilib ki, Stokholm məhkəməsinin növbəti əsaslandırılmamış qərarından şikayət artıq verilib. Qeyd olunub ki, 2014-cü ildə elektrik enerjisinə görə tariflər düzgün müəyyən edilib.