Rusiya şirkəti Azərbaycanda elektrik sayğacı istehsal etmək istəyir  

Biznes
  • 01 iyun, 2022
  • 12:33
Rusiya şirkəti Azərbaycanda elektrik sayğacı istehsal etmək istəyir  

Rusiyaya məxsus "Milur İS” MMC İqtisadiyyat Nazirliyinin Sumqayıt Kimya Sənaye Parkında elektrik sayğacları istehsal etmək istəyir.

Bu barədə "Report"a İqtisadiyyat Nazirliyin yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, Agentliyin İdarə Heyətinin sədri vəzifəsini icra edən Elşad Nuriyev şirkətin nümayəndələrinə ölkəmizdəki sənaye zonaları, burada iş adamları üçün yaradılan şərait, mövcud investisiya imkanları barədə məlumat verib, sənaye zonalarının təqdimatı keçirilib. Şirkət nümayəndələri təmsil etdikləri korporasiyanın fəaliyyətindən danışıb, sənaye zonasında elektrik sayğaclarının istehsalı layihəsinin həyata keçirilməsində maraqlı olduqlarını diqqətə çatdırıblar.