“Koronavirus (COVID-19) pandemiyasının yaratdığı problemlər fonunda Azərbaycan və Rusiya hökumətləri qarşılıqlı şəkildə iki ölkənin biznes dünyasına dəstək verəcəklər”.
"Report" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə qonşu ölkənin iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç bildirib.
“Pandemiya ölkələrimiz arasında ticarətə təsir edib, lakin ticarət dövriyyəsinin mnüsbət dinamikası dinamikası qorunub-saxlanılıb. Bu ilim ilk 5 ayında iki ölkənin ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 3,8% artaraq 1 016 milyon ABŞ dollarına çatıb. O cümlədən Rusiyanın Azərbaycana ixracının dəyəri 2,6% artaraq 836,6 milyon dollar, Azərbaycandan idxalının dəyəri isə 7,4% artaraq 324 milyon dollar təşkil edib. Bu isə tarixən qurulmuş ortaqlıqlar və işgüzar dəstək proqramları sayəsində olub. Biz anlayırıq ki, qarşılıqlı ticarət dövriyyəsinin artırılması üçün potensial var. Buna əsas isə Azərbaycanda həyata keçirilən layihələrdir”, - o qeyd edib.