Rusiya Azərbaycana şərab ixracını bərpa edib

Biznes
  • 05 iyul, 2022
  • 12:01
Rusiya Azərbaycana şərab ixracını bərpa edib

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 1,051 milyon ABŞ dolları dəyərində 14,34 min dekalitr üzüm şərabı idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 6,2 % azdır, kəmiyyət olaraq – 7,1 % çoxdur.

Hesabat dövründə İtaliyadan 656,14 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 15,1 % artıb) 7,15 min dekalitr (+66,3 %), Gürcüstandan 143,1 min ABŞ dolları dəyərində (-41 %) 3,64 min dekalitr (-42,4 %), Fransadan 116,88 min ABŞ dolları dəyərində (-38,6 %) 0,85 min dekalitr (-41,4 %), Çilidən 38,37 min ABŞ dolları dəyərində (+13 dəfə) 0,72 min dekalitr (+72 dəfə), Rusiyadan 21,38 min ABŞ dolları dəyərində 1,09 min dekalitr məhsul alınıb.

Bir il 5 aylıq fasilənin ardından Rusiya Azərbaycana üzüm şərablarının ixracını bərpa edib.

Hesabat dövründə Azərbaycan xaricə 703,39 min ABŞ dolları dəyərində 53,39 min dekalitr üzüm şərabı satıb ki, bu da əvvəlki ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə müvafiq olaraq 32,3 % və 39,7 % azdır.

Rusiyaya 491,2 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 39,4 % azalıb) 43,17 min dekalitr (-47 %), Belarusa 51,89 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 1,99 min dekalitr (+79,3 %), təyin olunmayan ölkəyə 46,19 min ABŞ dolları dəyərində 0,5 min dekalitr, Çinə 24,47 min ABŞ dolları dəyərində (-69 %) 0,6 min dekalitr (-77 %), Bolqarıstana 22,73 min ABŞ dolları dəyərində (bir il əvvəl tədarük olmayıb) məhsul göndərilib.

Son xəbərlər

Bütün Xəbər Lenti