Rusiya Azərbaycana qoz ixracını 16 dəfə artırıb
- 09 avqust, 2022
- 13:19
Yeniliklərdən dərhal xəbərdar olun!
2022-ci ilin yanvar-may aylarında Azərbaycan xaricdən 5,809 milyon ABŞ dolları dəyərində 2 min 045 ton qoz (qabıqlı və qabığı təmizlənmiş) alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,6 %, kəmiyyət olaraq – 5,5 % azdır.
Hesabat dövründə Ukraynadan 3,394 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 36,1 % azalıb) 790,88 ton (-57,5 %), Rusiyadan 1,265 milyon ABŞ dolları dəyərində (+16 dəfə) 967,99 ton (+16 dəfə), Qırğızıstandan 613,1 min ABŞ dolları dəyərində 127,73 ton (bir il əvvəl tədarük olmayıb), Amerika Birləşmiş Ştatlarından 327,68 min ABŞ dolları dəyərində (-13,7 %) 100 ton (-38,2 %), Çindən 119,2 min ABŞ dolları dəyərində (-38,7 %) 41,18 ton (-29,3 %) məhsul gətirilib.
Qeyd edək ki, ötən il Azərbaycanın xarcidən (9 ölkədən) aldığı 4,38 min ton qozun 63,9 %-i Ukraynanın, 20,5 %-i Rusiyanın payına düşüb.