Rusiya Azərbaycana kombayn ixracını bərpa edib

Biznes
  • 17 fevral, 2022
  • 12:37
Rusiya Azərbaycana kombayn ixracını bərpa edib

Ötən ilin 11 ayı ərzində Azərbaycana xaricdən 1 milyon 659,65 min ABŞ dolları dəyərində 17 ədəd taxılyığan kombayn gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 87,01 %, kəmiyyət olaraq – 79,27 % azalıb.

Hesabat dövründə Polşadan 710,42 min ABŞ dolları dəyərində 6 ədəd, Almaniyadan 518,18 min ABŞ dolları dəyərində 5 ədəd, Rusiyadan 279,85 min ABŞ dolları dəyərində 4 ədəd, İtaliyadan 128,09 min ABŞ dolları dəyərində 1 ədəd, Çindən 23,09 min ABŞ dolları dəyərində 1 ədəd texnika alınıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Polşadan idxal müvafiq olaraq 89,97 % və 76 % azalıb, Almaniaydan – 2,7 dəfə və 5 dəfə artıb, İtaliyadan – 79,04 % və 75 % azalıb, Çindən – 87,61 % və 50 % azalıb. Bir il 7 aylıq fasilənin ardından Rusiyadan tədarük bərpa edilib.