Rusiya Azərbaycana kolbasa tədarükünü xeyli azaldıb
- 20 mart, 2022
- 11:49
2022-ci ilin ilk ayında Azərbaycana xaricdən 937,11 min ABŞ dolları dəyərində 294,58 ton kolbasa gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni ayı ilə müqayisədə dəyər ifadəsində 12,3 %, kəmiyyət olaraq – 25,6 % azdır.
Azərbaycan hesabat dövründə Rusiyadan 577,28 min ABŞ dolları dəyərində 195,59 ton, Almaniyadan 130,13 min ABŞ dolları dəyərində 40,27 ton, Belarusdan 101,47 min ABŞ dolları dəyərində 33,11 ton, Türkiyədən 76,63 min ABŞ dolları dəyərində 12,55 ton, Polşadan 19,89 min ABŞ dolları dəyərində 8,69 ton kolbasa alıb.
2021-ci ilin analoji dövrünün göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 23,9 % və 39,3 % azalıb, Almaniyadan – 50 % və 93,9 % artıb, Belarusdan – 49 % və 2,1 dəfə artıb, Türkiyədən – 23 % və 56,5 % artıb. Ötən ilin yanvarında Polşadan kolbasa idxal edilməyib.
Xatırladaq ki, ötən ilin 12 ayı ərzində ölkəyə gətirilən 5 min 567,09 ton kolbasanın 77 %-i Rusiyanın payına düşüb.