Rusiya Azərbaycana farfor qabların ixracını 284 dəfə artırıb

Biznes
  • 07 iyul, 2022
  • 10:17
Rusiya Azərbaycana farfor qabların ixracını 284 dəfə artırıb

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 2,4 milyon ABŞ dolları dəyərində 442 ton farfordan yemək və mətbəx qabları gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 20,2 %, kəmiyyət olaraq – 5,7 % çoxdur.

Hesabat dövründə Çindən 633 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 3,5 % azalıb) 139 ton (-43,4 %), Almaniyadan 319 min ABŞ dolları dəyərində (-27,2 %) 6 ton (-51,7 %), Koreyadan 310 min ABŞ dolları dəyərində (+11,3 dəfə) 9 ton (+27,3 dəfə), Türkiyədən 676 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 191 ton (+3 dəfə), Rusiyadan 83 min ABŞ dolları dəyərində (+321 dəfə) 34 ton (+284 dəfə) məhsul alınıb.

2021-ci ildə Azərbaycanın idxal etdiyi (34 ölkədən) 6,6 milyon ABŞ dolları dəyərində farfor qabların (yemək və mətbəx üçün) 36,6 %-i Çinin, 15,8 %-i Almaniyanın, 15,2 %-i Türkiyənin payına düşüb.

44 filmi