“Royal Dutch Shell” yanvardan adını dəyişəcək

“Royal Dutch Shell” yanvardan adını dəyişəcək İngiltərə-Niderland neft-qaz korporasiyası “Royal Dutch Shell”in Direktorlar Şurası restrukturizasiya üzrə fəaliyyətini davam etdirir.
Biznes
20 Dekabr , 2021 20:50
“Royal Dutch Shell” yanvardan adını dəyişəcək

İngiltərə-Niderland neft-qaz korporasiyası “Royal Dutch Shell”in Direktorlar Şurası restrukturizasiya üzrə fəaliyyətini davam etdirir.

“Report” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, 2022-ci il yanvarın 24-dən korporasiyanın adının “Shell”ə qısaldılmasına qərar verilib.

Bu qərar şirkətin Niderlanddakı mərkəzi inzibati aparatı ilə “Shell”in Avropa İstehsalat Şurası arasında məsləhətləşmələrin başa çatmasından, eləcə də dekabrın 10-da Direktorlar Şurasında səsvermədən sonra qəbul edilib.

Korporasiya 70-dən çox ölkədə karbohidrogenlərin hasilatı və emalı ilə məşğuldur. Noyabr ayında Direktorlar Şurası şirkətin səhmdar kapitalının strukturunun sadələşdirilməsi və digər şirkətlərə uyğunlaşdırılması üçün onun nizamnaməsinə dəyişikliklər edilməsini təklif edib.

Şirkətin restrukturizasiya tədbirlərinə A və B kateqoriyalı səhmlərin strukturundan vahid səhm xəttinə keçid, vergi rezidentliyinin Böyük Britaniyaya dəyişdirilməsi daxildir. Səhmdarlar mövcud hüquqi, mülkiyyət və kapital bölgüsü hüquqlarını saxlayacaqlar. Şirkətin səhmləri Amsterdam, London və Nyu Yorkda satışa çıxarılmağa davam edəcək.

Son xəbərlər

Orphus sistemi