“Royal Dutch Shell” korporasiyasının xalis mənfəəti açıqlanıb

Biznes
  • 31 yanvar, 2019
  • 10:22
“Royal Dutch Shell” korporasiyasının xalis mənfəəti açıqlanıb

Bakı. 31 yanvar. REPORT.AZ/ “Royal Dutch Shell” Böyük Britaniya – Hollandiya neft korporasiyasının xalis mənfəəti 2018-ci ildə 1,8 dəfəyədək artaraq 23.352 milyon ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, şirkətin hesabatına görə, səhmlərinin qiyməti 1,56 dolardan 2,8 dollaradək artan korporasiyanın gəliri də 27,2 faiz artaraq 388.379 milyon ABŞ dollarına çatıb.

Həmçinin şirkətin xalis borcu 2018-ci ilin 31 dekabr tarixinə görə 51.428 milyon dollar təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 22 faiz azdır.

44 filmi