“Roseksimbank” və Azərbaycanın ən iri bankları bu il ixrac müqavilələrinin sayında artım gözləyir

Biznes
  • 22 fevral, 2022
  • 16:11
“Roseksimbank” və Azərbaycanın ən iri bankları bu il ixrac müqavilələrinin sayında artım gözləyir

Rusiya İxrac Mərkəzinin maliyyə institutları Azərbaycanın ən iri bankları ilə əməkdaşlığı genişləndirəcək.

“Report”un Mərkəzə istinadən verdiyi məlumata görə, bunu Rusiya “Eksimbank”ının (“REC Group”) İdarə Heyətinin sədri Azər Talıbov ölkənin ən iri maliyyə qurumları (“Azərbaycan Beynəlxalq Bankı, “Paşa Bank” və “Xalq Bank”) ilə danışıqlarının yekunundan sonra bildirib.

“Hazırda biz müxtəlif sənaye sahələrini təmsil edən Rusiya şirkətlərinin istehsal etdiyi məhsulların Azərbaycana tədarükünün maliyyələşdirilməsinin təşkilinə artan marağının şahidi oluruq. Xüsusilə, dəmir yolu maşınqayırması, avtomobil sənayesi və metallurgiyadan söhbət gedir. Buna görə də, 2022-ci ildə biz Rusiya və Azərbaycan bankları arasında daha çox birgə əməliyyatlar gözləyirik”, - deyə A. Talıbov Azərbaycanın ən iri banklarının rəhbərliyi ilə görüşlərdən sonra bildirib.

Xatırladaq ki, fevralın 21-22-də Rusiya “Eksimbank”ın İdarə Heyətinin sədri Azərbaycanda səfərdədir. Bakıya səfər çərçivəsində iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafı və möhkəmləndirilməsində bankların rolunun müzakirəsi məqsədilə ölkənin ən iri maliyyə qurumlarının nümayəndələri ilə işgüzar danışıqlar aparılıb.