RİM: “Rusiyanın biznes dairələrinin Azərbaycan bazarına çıxış potensialı yüksəkdir”

RİM: “Rusiyanın biznes dairələrinin Azərbaycan bazarına çıxış potensialı yüksəkdir” “Rusiyanın biznes dairələrinin Azərbaycan bazarına çıxma potensialı yüksəkdir”.
Biznes
18 Noyabr , 2021 14:53
RİM: “Rusiyanın biznes dairələrinin Azərbaycan bazarına çıxış potensialı yüksəkdir”
Nuri Quliyev

“Rusiyanın biznes dairələrinin Azərbaycan bazarına çıxma potensialı yüksəkdir”.

Bunu “Report”a Rusiya İxrac Mərkəzinin (RİM) Azərbaycan nümayəndəliyinin rəhbəri Nuri Quliyev bildirib.

Onun sözlərinə görə, Rusiya şirkətlərinin Bakıya səfəri buna öz töhfəsini verəcək: “Bu dəfə birinci missiya ilə müqayisədə 3 dəfə daha artıq Rusiya şirkəti gətirmişik və bu dinamikanı getdikcə artırırıq. Müvafiq olaraq, daha böyük nəticələr gözləyirik və bununla kifayətlənmək fikrində deyilik, çünki Rusiyanın biznes dairələrinin Azərbaycan bazarına çıxış potensialı çox yüksəkdir”.

O qeyd edib ki, iyulda baş tutmuş birinci missiya geniş səs-küyə səbəb olub, missiyanın nəticələri əsasında bir sıra əhəmiyyətli sənədlər imzalanıb.

Son xəbərlər

Orphus sistemi