“Renault” 5 min iş yerini ixtisar edəcək

“Renault” 5 min iş yerini ixtisar edəcək Fransanın avtomobil istehsalçısı “Renault” koronavirus (COVID-19) pandemiyası nəticəsində avtomobillərə tələbatın azalmasını nəzərə alaraq xərclərini azaltmaq üçün 5 min iş yerini ixtisar etmək niyyətindədir.
Biznes
160
27 May , 2020 16:45
“Renault” 5 min iş yerini ixtisar edəcək

Fransanın avtomobil istehsalçısı “Renault” koronavirus (COVID-19) pandemiyası nəticəsində avtomobillərə tələbatın azalmasını nəzərə alaraq xərclərini azaltmaq üçün 5 min iş yerini ixtisar etmək niyyətindədir. 

“Report” xəbər verir ki, bu barədə “Le Figaro” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Onun məlumatına görə, söhbət məzuniyyətə çıxan işçilərə məxsus ştatların ləğv edilməsindən gedir. Bununla bağlı planlar mayın 29-da açıqlanacaq. 

Xatırladaq ki, “Renault”un vəziyyəti pandemiyadan əvvəl də yaxşı olmayıb. Koronavirus isə şirkətin vəziyyətini daha da pisləşdirib və onun bütün zavodlarının bağlanması ilə nəticələnib. Apreldə "Renault" markalı yeni avtomobillərin satışının 76,3% azaldığı bildirilir. 

Bir qədər əvvəl Fransa prezidenti Emmanuel Makron bildirib ki, hökumət avtomobil sənayesinin dəstəklənməsinə 8 milyard avro vəsait yönəltmək niyyətindədir.

Son xəbərlər

Orphus sistemi