Reklamda etibarlı tərəfdaş – "Brand Media"
- 13 oktyabr, 2025
- 17:01
Yeniliklərdən dərhal xəbərdar olun!
"Brand Media" şirkəti 10 ildən artıq ki, reklam sahəsində fəaliyyət göstərir. Bu illər ərzində yüzdən artıq yerli və xarici brendlərin öz məhsul və xidmətlərini irəlilətməsində dəstək olan şirkət davamlı olaraq cəlbedici reklam məkanlarını müəyyən etmək və reklam yayımını həyata keçirtməkdədir.
Biznes proseslərini təkmilləşdirmək, postpandemiya dövründə bizneslərin kommunikasiyasına daha çevik şəkildə dəstək olmaq məqsədilə şirkət 2021-ci ilin sonunda rebrendinq edib, dəyər və prinsiplərini daha da möhkəmləndirərək, 2022-ci ildən regional bazarlara çıxmağı hədəfləyib.
Hazırda Bakı və Abşeron üzrə 100-dən artıq "outdoor" (çöl reklamı) yeri təqdim edən, eləcə də eksklüziv müqavilələrlə "Azərbaycan Dəmir Yolları"nda, "Port Baku Residence"də reklam yayımını həyata keçirən şirkət davamlı olaraq reklam məkanlarını monitorinq edir, müştərilər və son istifadəçilər üçün daha çox fayda gətirən məkanlar üzrə reklam yerlərini saxlayır və yaxud yeniləyir. Dövlət Reklam Agentliyi ilə sıx əməkdaşlıq edən şirkət həm də reklamların vizual gözəlliyinə, uyğunluğuna xüsusi diqqət yetirir və müştəri və partnyorlarla bu istiqamətdə də konsaltinqlər edir.
Şirkət reklam sahəsindəki qlobal trendləri izləyərək öz müştərilərinə kreativ həllərlə də dəstək olmaqdadır. Həmçinin, müxtəlif tədbirlərin və kampaniyaların təşkil edilməsi xidmətlərini də təqdim edir.