Bakı. 10 yanvar. REPORT.AZ/ “Rahat” supermarketlər şəbəkəsinin “avtomobil qazanmağın rahat yolu” lotereyasının ilk tirajının qalibləri müəyyənləşib.
“Report” xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsinin bütün filiallarında keçirilən lotereyanın ilk qalibləri canlı yayımda müəyyən edilib. Yanvarın 8-də “Baku Mall” ticarət və əyləncə mərkəzində keçirilən ilk tirajda beş şanslı müştəri İstanbula səyahət paketi, bir nəfər isə lotereyanın əsas hədiyyəsi olan “Renault Logan” avtomobilini qazanıb.
İstanbula səyahət paketlərinin qalibləri:
1. İsayeva Nərgiz Murad qızı
2. Məhərov Füzuli Qarakişi oğlu
3. Məmmədov Şöhlət Şirin oğlu
4. Nəsirov Alşan Uruşan oğlu
5. Yaqubova Aybəniz Əliyağa qızı
Avtomobili qazanan müştəri isə Mustafayev Şaiq Bəysəfa oğludur.
Lotereya “Rahat” supermarketlər şəbəkəsinin bütün filiallarında keçirilib. Supermarketlər şəbəkəsində alış-veriş edərkən müştərilərin xərclədiyi hər beş manat üçün bir lotereya bileti verilib. İl boyu davam edəcək lotereyanın qalibləri hər ay “Rahat” marketin rəsmi "Facebook" səhifəsində canlı yayımda müəyyən ediləcək.
Ətraflı məlumat üçün “Rahat” marketin rəsmi "Facebook" səhifəsinə müraciət edə və yaxud *5551 qaynar xətt nömrəsinə zəng etmək mümkündür.






