“Rahat” supermarketlər şəbəkəsi və "Regional İnkişaf" İB-nin Ordumuza birgə dəstəyi

“Rahat” supermarketlər şəbəkəsi və "Regional İnkişaf" İB-nin Ordumuza birgə dəstəyi Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq bir aydan çoxdur ki, davam edir
Biznes
9 Noyabr , 2020 14:50
“Rahat” supermarketlər şəbəkəsi və Regional İnkişaf İB-nin Ordumuza birgə dəstəyi

Sentyabrın 27-si səhər saatlarından başlayan Azərbaycan torpaqları uğrunda döyüşlər artıq bir aydan çoxdur ki, davam edir. Yenilməz Ordumuz anbaan tarix yazamaqda davam edir.

Bu məqsədlə “Rahat” supermarketlər şəbəkəsi, "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə dəstəyini nümayiş etdirib.

Belə ki, şirkətlər, işğalda olan torpaqlarımızın geri alınması uğrunda mübarizə aparan əsgərlərimizə 1 000 nəfərlik isti geyimlər, müxtəlif çeşiddə şirniyyat, çərəz və digər qida məhsulları, həmçinin “powerbank” (istənilən yerdə enerji dəstəyi) göndərib.

Xatırladaq ki, hər zaman Ordumuzun yanında olan “Rahat” supermarketlər şəbəkəsi bundan əvvəl də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 100 000 manat vəsait və əsgərlərimizə iki min nəfərlik yardım payı ayırmışdı. Bununla yanaşı, şəbəkə rəhbərliyi cəbhəyə yollanan əməkdaşlarının ailələrini ziyarət edib, onlara da dəstəyini çatdırmışdı.

"Rahat" market və "Regional İnkişaf" İctimai Birliyi tarixi dəyişən igidlərimizlə qürur duyur, onlara bol nailiyyətlər arzu edir.

Qarabağ Azərbaycandır!

Son xəbərlər

Orphus sistemi