"Rahat" marketlər şəbəkəsinin 38-ci mağazası Abşeronda açılıb - VİDEO

"Rahat" marketlər şəbəkəsinin 38-ci mağazası Abşeronda açılıb - VİDEO Bu gün Abşeron rayonu, Müşfiqabad qəsəbəsində RAHAT supermarketlər şəbəkəsinin yeni filialının açılışı olub.
Biznes
188
30 Avqust , 2019 18:05
Rahat marketlər şəbəkəsinin 38-ci mağazası Abşeronda açılıb - VİDEO
Report

Bu gün Abşeron rayonu, Müşfiqabad qəsəbəsində "RAHAT" supermarketlər şəbəkəsinin yeni filialının açılışı olub.

"Report" xəbər verir ki, 1500 kvadrat metrlik sahəni əhatə edən yeni mağazada 20 minə qədər müxtəlif çeşiddə mallar ən münasib qiymətlərlə vətəndaşlara təklif edilir.

Mağazanın açılışında iştirak edən "RAHAT" Marketlər şəbəkəsinin və "ANC Group" MMC-nin baş direktorunun müavini Emin İsmayılov vətəndaşları endirimli qiymətlərdən yararlanmağa dəvət edib.

E.İsmayılov bildirib ki, bu, "RAHAT" Marketlər şəbəkəsinin sayca 38-ci filialıdır:

"Bu gün "RAHAT" Marketlər şəbəkəsinin 38-ci mağazasının açılışıdır. Əhalinin tələbatına görə mağazalarımızın sayı da sürətlə artır. Müşfiqabad qəsəbəsində isə artıq ikinci mağazamızın açılışını edirik. Açılışla əlaqədar olaraq 20 manatlıq alış-veriş edən hər kəsə müxtəlif növ dəyərli hədiyyələrimiz olacaq. Vətəndaşların rahat alış-veriş etməsi üçün kampaniya üç gün ərzində davam edəcək.

İzdihamdan da göründüyü kimi, insanlar keyfiyyətli və münasib qiymətlərlə alış-veriş üçün "RAHAT" Marketi seçir. Xüsusi dizaynla tərtib edilən mağazamız ən son texniki avadanlıqlarla təchiz edilib. Hər kəsi möhtəşəm aksiyalardan faydalanmağa dəvət edirik".

Qeyd edək ki, "RAHAT" Marketlər şəbəkəsinin Bakının müxtəlif istiqamətlərində filialları fəaliyyət göstərir. Gündəlik 80 mindən çox müştəriyə xidmət göstərən "RAHAT" market filiallarında müştərilərin büdcəsinə uyğun, bol çeşiddə, yüksək keyfiyyətli məhsullar təklif olunur. Müştərilərin rahat alış-veriş etməsi üçün hər cür şərait yaradılıb.

Orphus sistemi