Bu gün Bakıda "Rahat” supermarketlər şəbəkəsinin daha bir filialı fəaliyyətə başlayıb.
"Report" xəbər verir ki, yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən yeni filial səbirsizliklə müştərilərinin yolunu gözləyir.
Çeşidli ət məhsulları və delikateslər, yüksəkkeyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, dadını heç vaxt unuda bilməyəcəyiniz şirniyyatlar sizin ixtiyarınızdadır!
Qeyd edək ki, açılışda "Rahat” supermarketlər şəbəkəsinin rəhbəri və Azərbaycan Pərakəndəçilər Assosiasiyasın direktoru Samir Abdullayev də iştirak edib.Tədbirdə bir sıra layihələr üzrə fikir mübadiləsi də aparılıb. Bildirilib ki, dünya praktikasında izlənilən müxtəlif trendlərin, standartların yaxın zaman ərzində assosiasiya nümayəndələri tərəfindən ölkədə tətbiqi nəzərdə tutulur.
Yeni mağazanın ünvanı: Nizami ray. Q.Qarayev pr. 37/64 (metronun çıxışı)