Azərbaycanın aparıcı market şəbəkəsi "Rahat Gourmet Market"in 100-cü filialı ötən gün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş "Crescent MALL"da - Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, 153 ünvanında fəaliyyətə başlayıb.
3500 m2 ölçüdə və yeni, tam fərqli formatda, hər marketdə tapa bilməyəcəyiniz dünya markalarını özündə cəmləyən, əsl qurmanların sevdiyi bir məkan ola biləcək xüsusi ilə "Rahat Gourmet Market" üçün gətirilən bir çox məhsullarla birgə, 15 mindən çox məhsul çeşidi ilə müştərilərinin xidmətində olan yeni market, səbirsizliklə onu sevən müştərilərini gözləyir.
Çeşidli ət məhsulları və delikateslər, yüksək keyfiyyətli, istənilən zövqə uyğun, bir sıra xarici ölkələrin qabaqcıl istehsalçılarından növbənöv içkilər, çeşidli süd məhsulları, hər növ çərəzlər və quru meyvələr, sizin seçim ixtiyarınızdadır.
Marketin daxilində fəaliyyət göstərəcək restoranda qurman aşbazların və qənnadçıların hər gün hazırladığı isti yeməklər, şirniyyatlar, təndirdən isti-isti çörəklər sizi gözləyir.
Xüsusi tərtibatda hazırlanan yeni "Gourmetmarket" ən son texnoloji avadanlıqlarla və Azərbaycanda ilk dəfə olaraq yeni nəsil ÖZÜNƏXİDMƏT KASSALARI ilə təchiz olunub.
Fəaliyyətinin ilk günündə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və "Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi"nin sədri Samir Abdullayev mağazanı ziyarət ediblər. Görüş zamanı retail sahəsinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.