“Quba Məişət Xidməti”nin rəhbərliyi yenidən formalaşdırılacaq

“Quba Məişət Xidməti”nin rəhbərliyi yenidən formalaşdırılacaq Müəssisənin səhmdarlarının yığıncağı çağırılıb
Biznes
25 Aprel , 2017 09:04
“Quba Məişət Xidməti”nin rəhbərliyi yenidən formalaşdırılacaq

Bakı. 25 aprel. REPORT.AZ/ İyunun 10-da, saat 11:00-da “Quba Məişət Xidməti” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

“Report” xəbər verir ki, yığıncaq Cəmiyyətin yerləşdiyi Quba şəhər bazarında olacaq.

Yığıncağın gündəliyinə Cəmiyyətin 2016-cı il üzrə maliyyə hesabatının təsdiq edilməsi, yeni nizamnamənin qəbul olunması, idarəetmə orqanlarının yenidən formalaşdırılması və digər məsələlər daxildir.

Xatırladaq ki, “Quba Məişət Xidməti” ASC 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 37753,20 manatdır. 

Son xəbərlər

Orphus sistemi