Qlobal neft nəhənglərinin gəliri 46% artıb

Qlobal neft nəhənglərinin gəliri 46% artıb Bu ilin I yarısında dünyanın ən böyük 10 neft şirkəti (BP, "Chevron", "Eni", "Equinor", "ExxonMobil", "Lukoil", "Rosneft", "Royal Dutch Shell", "Saudi Aramco" və "TotalEnergies") 825 milyard ABŞ dolları gəlir əldə edib.
Biznes
13 Sentyabr , 2021 16:01
Qlobal neft nəhənglərinin gəliri 46% artıb

Bu ilin I yarısında dünyanın ən böyük 10 neft şirkəti (BP, "Chevron", "Eni", "Equinor", "ExxonMobil", "Lukoil", "Rosneft", "Royal Dutch Shell", "Saudi Aramco" və "TotalEnergies") 825 milyard ABŞ dolları gəlir əldə edib.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 259 milyard dollar və yaxud 45,8% çoxdur.

Hesabat dövründə ən çox gəliri artan neft nəhəngləri “Saudi Aramco”, “Chevron”, “Equinor” ve “Lukoil” olub. Belə ki, “Saudi Aramco”nun gəliri 66,8%, “Chevron”un gəliri 54,7%, “Equinor”un gəliri 54,2%, “Lukoil”un gəliri isə 53,8% artıb. İngiltərənin “Shell” şirkəti isə gəliri ən az (29,4%) artan neft şirkəti olub.

Koronavirus pandemiyasının təsiri ilə ötən ilin I yarısında mənfəət əldə etməyi bacarmış yeganə şirkət “Saudi Aramco” bu ilin eyni dövründə 45 milyard dollar (illik müqayisədə 90,7% və yaxud 21 milyard dollar çox) mənfəət əldə edib.

Ötən ilin I yarısından 21,2 milyard dollar zərərlə çıxmış BP bu ilin I yarısını 7,9 milyard dollar, ötən ilin I yarısını 18,2 milyard dollar zərərlə başa vurmuş “Shell” isə bu ilin I yarısını 9,1 milyard mənfəətlə başa vurub.

Xatırladaq ki, ABŞ-ın Enerji Məlumatları İdarəsinin məlumatına görə, hər barelinin qiyməti bu ilin I rübündə 61,12 dollar, II rübündə 68,91 dollar olan “Brent” markalı xam neftin III rübdə 72,67 dollar, IV rübdə 71,29 dollar, illik isə 68,61 dollar qiymətə malik olması gözlənilir. Bu rəqəmin gələn il isə 66,04 dollar təşkil edəcəyi proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi